Oct 29 2019 17:54
Views: 196

Prezident İlham Əliyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ilə əlaqədar qəbul edib.

Dövlət başçısı belə mötəbər tədbirə Azərbaycanın ev sahibliyi hüququ qazanmasını ölkəmizin böyük qələbəsi adlandırıb. 1973-cü ildə sözügedən konqresin Sovet İttifaqında yalnız bir dəfə və Bakıda keçirildiyini xatırladıb. Bunun milli lider Heydər Əliyevin səyləri ilə baş tutduğunu qeyd edib. Dövlət başçısı təşkilati işlərlə bağlı tapşırıqlarını da verib.


Create Account



Log In Your Account