Aug 14 2020 14:42
Views: 218

Azərbaycan-Türkiyə birgə təlimləri bəzi ölkələrdə narahatlıq doğurur. Amma buna heç bir əsas yoxdur. Bu fikirləri prezident İlham Əliyev Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşdə deyib. Bildirib ki, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlimlər keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Dövlət başçısı qeyd edib ki, bu təlimlərin uğurla keçməsi çox önəmli hadisədir. Bu təlimlər gələcəkdə də davam edəcək. Prezident bildirib ki, bu təlimlərin intensivliyi bundan sonra daha da artacaq, buna ehtiyac var. Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin bütün məsələlərdə Azərbaycanı dəstəklədiyini qeyd edərək bildirib ki, hərbi sahədə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.


Create Account



Log In Your Account