Sep 30 2019 21:12
Views: 249

Prezidenti İlham Əliyev Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri və Azərbaycan üzrə sədr müavini Alen Uperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı qeyd edib ki, müxtəlif sahələrdə Fransa-Azərbaycan əlaqələri uğurla inkişaf edir. İlham Əliyev milli lider Heydər Əliyevin Prezident vəzifəsinə seçiləndən sonra ilk xarici səfərinin Fransaya olduğunu, özünün də Prezident vəzifəsində ilk rəsmi səfərini Fransaya etdiyini xatırladıb. Prezident  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar Azərbaycanın mövqeyini diqqətə çatdıraraq bildirib ki, bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Alen Uper mədəniyyətlərarası və dinlərarası dialoqda Azərbaycanın əhəmiyyətini xüsusi olaraq vurğulayıb və Fransada bu mövzu ilə əlaqədar müzakirələr aparılan zaman Azərbaycanı nümunə kimi təqdim etdiyini bildirib. Görüşdə Azərbaycan ilə Fransa arasında dostluq və əməkdaşlığın inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi rolu qeyd olunub. İki ölkə arasında elmi tədqiqat, tibb və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.


Create Account



Log In Your Account