Apr 13 2018 16:37
Views: 502

"Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam”. Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda seçkilərdəki qələbə münasibətilə təşkil olunan möhtəşəm konsert proqramında çıxış edərkən belə deyib. Dövlət başçısı Azərbaycan xalqına yenidən göstərilən böyük dəstəyə görə təşəkkürünü bildirib. Fəaliyyətində Azərbaycan xalqının dəstəyinin əsas rol oynadığını deyən Prezident İlham Əliyev bildirib ki, xalqa həmişə sədaqətlə, ləyaqətlə xidmət etməyə çalışıb. Prezident seçkilərində də Azərbaycan xalqı bir daha sabitliyə, inkişafa və müstəqil siyasətə səs verib.
Dövlət başçısı bildirib ki, prezident seçkiləri bir daha Azərbaycanın demokratiya yolu ilə uğurla getdiyini göstərib. Açıq, şəffaf, ədalətli şəkildə keçirilmiş seçkilər Azərbaycan xalqının iradəsini əks etdirib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan dünya miqyasında sabitlik adası, nümunəvi ölkə kimi tanınır. Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər nəticə göstərən ölkə olmayıb. Ölkə başçısı vurğulayıb ki, daha güclü dövlət qurulması istiqamətində işlər davam etdiriləcək.
Gənclərə üz tutan Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva səhnəyə qalxaraq incəsənət ustaları ilə görüşdülər, xatirə şəkilləri çəkdiriblər. Tədbir atəşfəşanlıqla başa çatıb.


Create Account



Log In Your Account