Dec 06 2019 17:08
Views: 154

Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır. Prezident İlham Əliyev Şamaxı rayonunda ASAN Həyat Kompleksinin açılışı zamanı kompleksin əməkdaşları ilə söhbət zamanı belə deyib. Şamaxıda baş verən zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün dövlətin hər cür tədbirlər gördüyünü xatırladan prezident qeyd edib ki, təbii fəlakət zamanı dağılan evlər sığortasız olub. Buna görə, həmin insanları çətin vəziyyət qoymamaq üçün dövlət lazımı işləri görüb. Prezident İlham Əliyev gənclərlə görüş zamanı ölkədə aparılan kadr və struktur islahatlarına da toxunub. Bildirib ki, bu addımların məqsədi gənclərə öz potensialını reallaşdırmaq imkanı vermək, eyni zamanda yaşlı nəslin təcrübəsindən yararlanmaqdır. Prezident gəncləri növbədənkənar parlament seçkilərində fəal olmağa çağırıb. Prezident İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub. Sakinlərdən birinin mənzilində yaradılan şəraitlə maraqlanıb. Prezident deyib ki, Şamaxı rayonunun kompleks inkişaf planı artıq təsdiqlənib. Şəhər təsərrüfatı tamamilə yenilənəcək. Təxminən 4-5 aydan sonra şəhərin su problemi də tamamilə öz həllini tapacaq.


Create Account



Log In Your Account