Sep 26 2019 18:58
Views: 239

Prezident İlham Əliyev Beynəlxalq Maliyyə Korporasiyasının iqtisadiyyat və özəl sektorun inkişafı üzrə vitse-prezidenti Hans Piter Lankesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı nümayəndə heyətinin Dövlət Neft Fondunun 20 illik yubileyinə həsr olunmuş konfransda iştirakının əməkdaşlığın yaxşı götəricisi olduğunu deyib. Bildirib ki, Fond dünyanın ən şəffaf suveren fondlarından biri kimi BMT mükafatına layiq görülüb. Fondun aktivləri hesabına qaçqın və məcburi köçkünlər üçün 100-dən artıq qəsəbənin tikintisini maliyyələşdirilib.

Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidenti Hans Piter Lankes isə Beynəlxalq Maliyyə Korporasiyasının Dövlət Neft Fondu ilə uzunmüddətli yaxın tərəfdaşlığının olduğunu diqqətə çatdırıb.


Create Account



Log In Your Account