Jul 17 2019 16:22
Views: 192

“Son aylar ərzində Azərbaycan və Gürcüstan arasında strateji münasibətlərin ruhuna tamamilə zidd olan bu tipli təxribatların artan xətt üzrə inkişafı müəyyən suallar doğurmaya bilməz.” Bunu “Keşikçi qala” sərhəd məntəqəsində baş vermiş məlum hadisə ilə bağlı AZƏRTAC-a açıqlamasında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov  deyib. Bildirb ki, görünür, iki qonşu dövlət arasında formalaşmış dostluq, strateji tərəfdaşlıq münasibətləri kimlərisə ciddi narahat edir və bu ölkələri, onların xalqlarını qarşı-qarşıya qoymağa çalışan qüvvələr var. Prezidentin köməkçisinin açıqlamasında qeyd olunur ki, Azərbaycan sərhədçilərinə qarşı törədilən son təxribat dövlətlər arasındakı münasibətlərə birbaşa zərbə vurmaq məqsədi daşıyır. Ona görə də hər iki ölkənin müvafiq qurumları ciddi araşdırmalar aparmalı, bu təxribatı törədən qüvvələri müəyyən edərək onlara qarşı təsirli tədbirlər görməli idilər.

Əli Həsənov qeyd edib ki, baş verən hadisələrdə böyük güclərin geosiyasi maraqları və onların daxili siyasi qüvvələrlə manipulyasiya cəhdləri özünü aydın büruzə verir. Bildirib ki, Qafqazda yeni münaqişə ocağı yaratmaq istəyənlərin diplomatik münasibətləri pozmaq, silaha sarılmaq kimi təxribatçı bəyanatları artıq xeyli vaxtdır ki, eşidilməkdədir. Məqsəd, əlbəttə ki, Cənubi Qafqazda yeni münaqişə ocağı alovlandırmaq yolu ilə öz ambisiyalarını Azərbaycana və Gürcüstana qəbul etdirməkdən ibarətdir. Əli Həsənov  2015-ci ildə Türkiyə ilə Rusiya arasında az qala qarşıdurmaya səbəb olmuş təyyarə insidentindən tərəflərin necə müdrikcəsinə çıxmasını xatırladıb. 

Gürcüstanın Baş Naziri Mamuka Baxtadze iki gün əvvəl Keşikçidağ kompleksi ərazisində baş verən hadisəyə münasibət bildirib. Baş nazir ölkə vətəndaşlarını komissiyanın və aidiyyəti qurumların sakit şəraitdə işləməsinə imkan verməyə dəvət edib.


Create Account



Log In Your Account