Jul 07 2020 18:04
Views: 184

Yaxın bir ay-ay yarım ərzində Xətai rayonunda daha bir modul tipli xəstəxana inşa ediləcək. Prezident İlham Əliyev Xətai rayonunda modul tipli hospitalın açılışından sonra bir neçə televiziya kanalına müsahibəsinə belə deyib. Bildirib ki, indi açılışı olan hospital 800 çarpayılıqdır. Yeni xəstəxanada isə 1300-ə yaxın çarpayı olacaq. Beləliklə, təqribən iki ay ərzində 2 mindən çox xəstəni yerləşdirmək mümkün olacaq. Dövlət başçısı modul tipli xəstəxanaların inşasının davam edəcəyini deyib.

 Dövlət başçısı dünyada koronavirus xəstəliyinin daha geniş vüsət aldığını diqqətə çatdıraraq bildirib ki, bizim kimi, bəzi ölkələr yumşalma tədbirlərindən sonra xəstəliyin yayılma tempinin genişləndiyini gördülər. Ona görə indi dünyada bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlərə qayıdırlar.

 Dövlət başçısı deyib ki, məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı addımlar vəziyyətə uyğun şəkildə atılır. Bu addımların əsas məqsədi insanlarımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır. Pandemiya dövründə bütün imkanlarımız səfərbər olunmalıdır ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək. Dövlət başçısı karantin qaydalarına əməl etməyənlərə ciddi xəbərdarlıq edib. Bu kimi hallara polisin adekvat reaksiya verəcəyini qeyd edib. 


Create Account



Log In Your Account