Mar 07 2019 17:55
Views: 252

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda zəlzələdən zərərçəkmiş ailələr üçün tikilən yeni evlərlə tanış olublar. Dövlət başçısı və xanımı əvvəlcə Şamaxı şəhərinin Salman Mümtaz küçəsində Rasim Həsənovun yeni tikilmiş evində yaradılan şəraitlə tanış olub, çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət ediblər.

Dövlət başçısı bu küçədə yaşayan sakinlərlə görüşüb, onları narahat edən məsələləri dinləyib. Sonra dövlət başçısı və birinci xanım şəhərin Teymur Əliyarbəyov və Səttar Bəhlulzadə küçələrində tikilən yeni evlərdə yaradılan şəraitlə tanış olub, ev sahibləri ilə söhbət ediblər.

Dövlət başçısı Şamaxı sakinləri ilə görüşüb, onların ərizələrini qəbul edib. Zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılacağını, zərər görmüş bütün evlərin yenidən qurulacağını vurğulayıb.  

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda zəlzələdən zərər çəkmiş ailələr üçün şəhərin 20 Yanvar küçəsində dördmərtəbəli 44 mənzilli yeni yaşayış binasının təməlqoyma mərasimində iştirak ediblər. Bina bütün zəruri infrastrukturla təchiz ediləcək. burda 4 birotaqlı, 32 ikiotaqlı, 8 üçotaqlı mənzil olacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxının Şəhriyar qəsəbəsində yeni inşa olunmuş 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər. Körpələr evi – uşaq bağçası Heydər Əliyev Fondunun həyata keçirdiyi “Məktəbəqədər təhsil proqramı” çərçivəsində inşa edilib.


Create Account



Log In Your Account