Mar 14 2019 18:08
Views: 198

Azərbaycanın xarici siyasəti sabit, proqnozlaşdırıla bilən və müstəqildir. Prezident İlham Əliyev 7-ci Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı belə deyib. Bildirib ki, Azərbaycanın xarici siyasəti milli maraqlara əsaslanır. Azərbaycan üçün qonşuları ilə əməkdaşlıq əsas prioritetlərdən biridir. Bu əlaqələr mühüm əhəmiyyət kəsb edən nəqliyyat, enerji layihələrinin, ticarətin və sərmayə qoyuluşlarının inkişafına səbəb olur. Qonşu ölkələrlə ənənəvi əlaqələr regional təhlükəsizliyi təmin edir – deyən dövlət başçısı Ermənistanın işğalçılıq siyasətinin bu təhlükəsizliyi təhdid etdiyini diqqətə çatdırıb.

Dövlət başçısı Azərbaycanın ərazilərinin işğal edilməsinin beynəlxalq hüququn kobud şəkildə pozulması olduğunu bəyan edib. BMT-nin Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərin azad edilməsi barədə 4 qətnaməsini, eləcə də digər beynəlxalq təşkilatların sənədlərini xatırladan prezident İlham Əliyev bildirib ki, bütün bu sənədlər beynəlxalq hüquqa əsaslanır və münaqişənin sülh yolu ilə həllinin əsasını təşkil edir. Status-kvo qəbuledilməzdir – deyən dövlət başçısı bildirib ki, bunu ATƏT-in Minsk qrupunun həmsədləri də dəfələrlə bəyan ediblər.

Dövlət başçısı bəyan edib ki,danışıqlar prosesinin formatı dəyişə bilməz. İkincisi isə danışıqlar sadəcə danışıq xatirinə deyil, nəticəyə yönəlik olmalıdır.

 Dövlət başçısı Azərbaycanın xarici siyasət prioritetlərindən biri kimi beynəlxalq təşkilatlarla əməkdaşlığını xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Avropa Şurasının üzvü olan yeganə ölkədir. Ölkəmiz beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinə böyük önəm verir və müxtəlif ölkələri və sivilizasiyaları bir araya gətirir. Prezident diqqəti ölkəmizin təşəbbüsü ilə yaradılan və artıq 10 ildir ki, mövcud olan “Bakı Prosesi”nin əhəmiyyətinə yönəldib, “Bakı Prosesi”nin BMT tərəfindən də dəstəklənən proses olduğunu vurğulayıb. Dövltə başçısı Bakı Qlobal Forumunun dünya xəritəsində özünəməxsus yeri olduğunu qeyd edib.Burda müzakirə olunan məsələlərin beynəlxalq münasibətlərin gələcəyi ilə bağlı qərar verənlərin diqqətini cəlb etdiyini bildirib.

 

 


Create Account



Log In Your Account