Oct 23 2019 14:21
Views: 351

“Biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik”. Bu sözləri prezident İlham Əliyev baş nazirin yeni təyin olunan müavini Şahin Mustafayevlə görüşdə deyib. Bildirib ki, iqtisadi sahədə hələ də bir çox problemlər mövcuddur, o cümlədən biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılmalıdır.

Dövlət başçısı qeyd edib ki, hazırda iqtisadi inkişafımızın artımının əsas səbəblərindən biri dövlət investisiyalarıdır. Dövlət infrastruktur layihələrinə, xidmət sektoruna, digər sahələrə sərmayə qoyur. Ancaq ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabına təmin edilməlidir.

Prezident İlham Əliyev qeyd edib ki, Cənubi Qafqazda Azərbaycandan başqa digər ölkələrdə demoqrafik artım yoxdur. Ona görə o ölkələrdə Azərbaycanın üzləşdiyi məsələlər də mövcud deyil. Dövlət başçısı diqqətə çatdırıb ki, ölkənin iqtisadi artımı demoqrafik artımı üstələməlidir.

Dövlət başçısı bildirib ki, bizim siyasətimiz uzunmüddətlidir və əsas qayəsi dayanıqlı inkişafı təmin etməkdir. Prezident ölkə iqtisadiyyatının 85 faizinin özəl sektorda formalaşdığını, qeyri-neft sektorunun 9 ayda 3,5 faiz artdığını qeyd edib. Bildirib ki, kənd təsərrüfatı 7 faizdən çox, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Ancaq ehtiyatlar kifayət qədər böyükdür. Dövlət başçısı bu istiqamətdə işlərlə bağlı baş nazirin yeni müavini Şahin Mustafayevə tapşırılar verib.


Create Account



Log In Your Account