Apr 26 2019 18:42
Views: 464

Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu işə başlayıb. Prezident İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Forumda iştirak edir. Forumun açılış mərasimində çıxış edən Çin Xalq Respublikasının Sədri Si Cinpin İlk forumdan sonra təşəbbüsü dəstəkləyən ölkələr arasında səmərəli əməkdaşlığın qurulduğunu, hazırda “Bir kəmər, bir yol” təşəbbüsünü 150 ölkənin dəstəkləndiyini bildirib. Bu sıraya bir sıra nüfuzlu beynəlxalq təşkilatların da daxil olduğunu diqqətə çatdırıb. O, dünyada iqtisadiyyatın və ticarətin liberallaşdırılmasına diqqət çəkib. Süni əngəllərin fəsadlar verəcəyini deyib. Amerika Birləşmiş Ştatlarının ticarət siyasətinə işarə edib.

Forumun açılışında Rusiya prezidenti Vladimir Putin,Pakistanın baş naziri, Misirin dövlət başçısı və Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev çıxış edib.

BMT-nin baş katibi Antonio Quterreş liderləri iqlim dəyişikliyi ilə mübarizəyə, dünyada sülh və sabitlik, daha yaxşı gələcək üçün çalışmağa çağırıb.

Forumda 37 dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. “Bir kəmər, bir yol əməkdaşlığı, ümumi parlaq gələcəyin qurulması” mövzusunda keçirilən Forum çərçivəsində 12 panel iclası və digər tədbirlər təşkil olunacaq. 2013-cü ildə Çin prezidentinin irəli sürdüyü Bir Kəmər Bir Yol təşəbbüsünün əsas məqsədi qədim İpək Yolunun yenidən dirçəldilməsi, təşəbbüsə qoşulan ölkələr arasında ticarət-iqtisadi əlaqələri genişləndirmək, yeni sərmayə qoyuluşu və infrastruktur layihələrini təşviq etməkdir.


Create Account



Log In Your Account