Oct 15 2019 16:21
Views: 268

Artıq “türkdilli ölkələr” sözlərinin başqa bir formasına, türk dövlətlərinə keçmək haqqında düşünmək lazımdır. Qazaxıstanın birinci Prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə belə deyib. Ölkəmizdə yaxşı inkişafın şahidi olduğunu qeyd edən Nursultan Nazarbayev Azərbaycanın bir çox sınaqlardan uğurla çıxdığını qeyd edib.
Nursultan Nazarbayevin Azərbaycan xalqının böyük dostu olduğunu deyən prezident İlham Əliyev onun münasibətlərimizin möhkəmləndirilməsi işinə verdiyi böyük töhfə Azərbaycanda çox yüksək qiymətləndirirlər. Eyni zamanda Nursultan Nazarbayevin Türkdilli ölkələrin həmrəyliyinin möhkəmləndirilməsi işinə töhfəsi də çox böyükdür. Dövlət başçısı Qazaxıstanın inkişafında ilk prezidentin rolunun əvəzedilməz olduğunu qeyd edib.
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşündə iştirak etmək üçün Bakıya gələn Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə də görüşüb. Özbəkistanın Türk Şurasına qoşulmasını yüksək qiymətləndirən dövlət başçısı bildirib ki, bu tarixi hadisədir. President İlham Türkiyə, Qırğızıstan prezidentləri və Macarıstanın baş naziri ilə də görüşlər keçirib.


Create Account



Log In Your Account