Aug 01 2019 17:39
Views: 174

Bu ilin 6 ayında ölkə iqtisadiyyatı 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz artıb. Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı müşavirədə bu göstəriciləri açıqlayıb. dövlət başçısı bildirib ki, ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasəti gözəl nəticələr verir.

Kənd təsərrüfatında rekord göstərici əldə edildiyini deyən prezident qeyd edib ki, bu ilin altı ayında aqrar sektor 13 faiz artıb. bitkiçilik sahəsində artım 25 faiz olub. İlin ilk yarısında ticarət dövriyyəsi 20 faizdən çox, qeyri-neft ixracı 15 faiz artıb. Bu dövrdə ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna yönəldilib.

Həyata keçirilən sosal paketə toxunan prezident İlham Əliyev bu paketin 4 milyondan çox insanı əhatə etdiyini bildirib. Müşavirədə qeyd olunub ki, ikinci sosial paketlə bağlı hazırlıq işləri artıq yekunlaşıb və sentyabrın 1-dən etibarən minimum əməkhaqqının 250 manata çatdırılması, dövlət sektorunda çalışanlar əlavə 400 min insanın kateqoriyalarından asılı olaraq 20-50 faiz aralığında əməkhaqlarının artırılması, eyni zamanda, oktyabrın 1-dən 750 min pensiyaçının pensiyasının artırılması ilə bağlı bütün hazırlıq işləri artıq yekunlaşdırılıb. Dövlət başçıxı büdcə daxilolmalarının və valyuta ehtiyatlarının artdığını diqqətə çatdırıb, bunu ölkənin uğuru adlandırıb.

Dövlət başçısı ölkədə nağdsız ödənişlərin artırılması, süni qiymət artımı ilə mübarizə ilə bağlı tapşırıqlar verib. Paytaxtın abadlaşıdırlması istiqamətində görüləsi işlər olduğunu qeyd edən prezident İlham Əliyev inşaat sektorunun canlandırılmasının vacib olduğunu bildirib.

   


Create Account



Log In Your Account