Jul 09 2019 17:45
Views: 247

“Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər uğurla inkişaf edib”. Bunu Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə təkbətək görüşdə deyib.  Tuskun daha öncəki səfərini xatırladan dövlət başçısı onu Azərbaycanda yenidən görməkdən şad olduğunu qeyd edib.
Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk İSƏ öz növbəsində qəbula görə təşəkkürünü bildirərək təmsil etdiyi qurumla ölkəmiz arasında əlaqələrin inkişafında İlham Əliyevin rolu qeyd edib.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskla işçi nahar çərçivəsində geniş tərkibdə görüşü olub. Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk mətbuata bəyanatlarla çıxış ediblər.


Create Account



Log In Your Account