Jan 23 2020 17:18
Views: 134

Bizim qonşularımıza münasibətdə siyasətimiz mehribandır, lakin, eyni zamanda, milli maraqlarımız həmişə birinci yerdədir. Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında belə deyib. Dövlət başçısı hökumətdə aparılan islahatlar barədə də məlumat verib. Bu islahatların nəticələrindən danışan dövlət başçısı deyib ki, bunu Davos Forumu da yüksək qiymətləndirib. Davos Forumuna əsasən Azərbaycan bu gün elektrik enerjisinə çıxış imkanına görə ikinci yerdədir. Azərbaycanda qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir. 16 min kilometr yol, 3 mindən çox məktəb və 700 xəstəxana inşa edilib. Prezident İlham Əliyev ölkədə aparılan gənclər siyasəti barədə məlumat verib. Deyib ki, onlar dövlət idarəetməsinə cəlb olunurlar. Gənclərin ölkənin regional təşkilatlara qoşulmasına münasibəti barədə suala cavab verən prezident deyib ki, Azərbaycan gəncliyi ölkənin suverenliyini heç bir təşkilatla bölüşmək istəmir. Risklərdə bağlı suala cavabında dövlət başçısı deyib ki, xüsusən regional vəziyyəti və yeni yaranmaqda olan münaqişə zonalarını nəzərə alaraq hazırda ən vacib olan məsələ regional sabitlikdir. Ölkədə daxili risklər yoxdur-deyən prezident bildirib ki, ən böyük narahatlıq və əsas potensial kabus sərhədlərimizin xaricində gərginliyin artması olardı. Panel iclasında Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa, “Astana” Beynəlxalq Maliyyə Mərkəzinin rəhbəri Kayrat Kelimbetov, “VTB Bank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostin, BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya da iştirak ediblər.


Create Account



Log In Your Account