May 02 2019 18:26
Views: 596

Azərbaycanda əsrlər boyunca müxtəlif dinlərin nümayəndələri, etnik qruplar birgə yaşayıb, ölkəmizdə daim dini tolerantlıq hökm sürüb. Prezident İlham Əliyev 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı belə deyib. Respublikamızda multikulturalizmin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu qeyd edən Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycanda multikulturalizm, 2017-ci ilin isə İslam həmrəyliyi ili elan edildiyini bildirib. qeyd edib ki, dünyada multikulturalizmin tendensiya halını alması beynəlxalq səviyyədə sülhə, tərəfdaşlığa vacib töhfə olardı. Bu baxımdan, multikulturalizm və bu yöndə Azərbaycanda keçirilən digər silsilə beynəlxalq tədbirlər mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Bakı prosesinin bu məsələdə rolunu xüsusi qeyd edib.

Azərbaycan həm Avropa institutlarının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan azsaylı dövlətlərdən biridir – deyən prezident İlham Əliyev  ölkəmizin dialoq üçün imkanlara malik olduğunu bildirib. Bütün sahələrdə dialoqa ehtiyac olduğunu bildirən dövlət başısı qeyd edib ki, Bakı prosesi bunda vacib platformadır. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın müstəqillik baxımından gənc olmasına baxmayaraq, sürətlə inkişaf etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev dövlət siyasətinin dünya ölkələri ilə əməkdaşlığın və tərəfdaşlığın genişləndirilməsinə yönəldiyini vurğulayıb. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib.

BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi barədə 4 qətnaməsini xatırladan prezident İlham Əliyev bu sənədlərin uzun illərdir icra olunmadığını deyib. Bir çox beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyün dəstəkləyən qətnamələr qəbul etdiyini deyən dövlət başçısı münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına əsasən həllinin vacib olduğunu bildirib.  prezident qeyd edib ki, işğala məruz qalmasına baxmayaraq Azərbaycan sürətlə inkişaf edir.  Ölkəmizin həyata keçirdiyi nəhəng layihələrə toxunan dövlət başçısı onların həm də ölkələr və xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini deyib.

Sonra qədim sivilizasiyalara və müasir Azərbaycandakı tolerantlıq mühitinə həsr edilmiş videoçarx nümayiş olunub.

Forumda çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinos bildirib ki, BMT-nin Sivilizasiyalararası Alyansı Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış “Bakı Prosesi”nin tərəfdaşıdır. “Birlik Bakı Prosesi”nin ruhudur”, - deyən Migel Moratinos əlavə edbi ki, Bakı BMT-nin Sivilizasiyalararası Alyansının habına çevrilə bilər.

UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif dünyada multikulturalizmin təbliğində və bəşəri dəyərlərin bərqərar olmasında Prezident İlham Əliyevin və ölkəmizin rolunu xüsusi vurğulayıb.Forumun açılış mərasimində İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin, Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoni və ISESCO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri də çıxış ediblər.


Create Account



Log In Your Account