May 01 2019 14:29
Views: 689

Hazırda Azərbaycan iqtisadiyyatının yeni inkişaf strategiyası üzərində iş gedir. Bu barədə prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məlumat veirb. Bildirib ki, bu proses başlayıb və prosesə qabaqcıl beynəlxalq mütəxəssislər, alimlər cəlb ediləcək ki, yeni inkişaf strategiyası uğurlu olsun, gözəl nəticələrə gətirib çıxarsın. Dövlət başçısının sözlərinə görə, bu günə qədər görülmüş işlər bunun üçün gözəl zəmin yaradıb.

Dövlət başçısı yeni iş yerlərinin yaradılmasının önəminə də toxunub. Bildirib ki, bunun üçün vacib amillərdən, vasitələrdən biri özünüməşğulluq proqramıdır. hər il özünüməşğulluq proqramı çərçivəsində təqribən 7 minə yaxın insanın işə cəlbi nəzərdə tutulur. Ancaq yerlərdən gələn sifarişlər qat-qat çoxdur – deyən prezident bildirib ki, bunu biz nəzərə alaraq plana düzəlişlər edilməlidir. Yeni iş yerlərinin yaradılmasında sahibkarların roluna diqqət çəkən prezident İlham Əliyev dövlətin hər zaman onlara dəstək olduğunu deyib.

Dövlət başçısı kənd təsərrüfatında islahatlarla bağlı göstərişlər verib. bildirib ki, kəndlərin yeni inkişaf konsepsiyası hazırlanmalıdır.

Prezident İlham Əliyev bu il maaşlar, pensiyaların artırıldığını və bu prosesin davam etdiriləcəyini deyib. Ölkədə makroiqtisadi vəziyyətin sabit, olduğunu deyən dövlət başçısı bildirib ki, süni qiymət artımına yol vermək qətiyyən olmaz. Bunun heç bir əsası yoxdur.


Create Account



Log In Your Account