Jan 22 2020 20:52
Views: 157

Prezident İlham Əliyev Davosda Neft İxrac edən Ölkələr Təşkilatının baş katibi Məhəmməd Barkindo ilə görüşüb. Prezident İlham Əliyevin beş il bundan əvvəl Dünya İqtisadi Forumunda çıxışını xatırladan Məhəmməd Barkındo bildirib ki, həmin vaxt Azərbaycan prezidentinin təşəbbüsü ilə OPEC üzvü və təşkilat üzvü olmayan ölkələr əməkdaşlığa başlayıb. Nəticədə dünyada neftin qiyməti sabitləşib. Prezident İlham Əliyev Davosda Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə də görüşüb. görüşdə Azərbaycanın “Naxçıvan”, “Qoşadaş” yataqlarının “LUKOIL” şirkəti ilə birgə işlənilməsi məsələsi müzakirə olunub və bu barədə qərar qəbul edilib. Söhbət zamanı perspektiv strukturlar və SOCAR-“LUKOIL” əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb. Dövlət başçısının Davosda Pakistan İslam Respublikasının Baş Naziri İmran Xan ilə görüşü olub.görüşdə Azərbaycan ilə Pakistan arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.Baş Nazir İmran Xan bildirib ki, Pakistan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin haqlı mövqeyini dəstəkləyir və işğalçı Ermənistanla heç vaxt diplomatik münasibətlər qurmayıb.Prezident İlham Əliyev Kəşmir məsələsində Azərbaycanın Pakistana daim dəstək verdiyini qeyd edib. Dövlət başçısı, həmçinin ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində Pakistanı dəstəklədiyi vurğulanıb. Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya üçün yeni baxış - dayanıqlı inkişaf üçün tərəfdaşlıq” mövzusunda iclas keçirilib. Prezident İlham Əliyev iclasda iştirak edib.iclasda Avrasiyada ölkələrarası əməkdaşlıq məsələsi müzakirə olunub. Prezident İlham Əliyev Davosda həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, Xorvatiyanın Baş Naziri Andrey Plenkoviç və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə də görüşlər keçirib. “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə görüşdə isə aparılan islahatların Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşması, ölkəmizdə yeni layihələrin həyata keçirilməsi üçün gözəl zəmin yaratdığı vurğulanıb. işıqlandırma sahəsində dünya liderlərindən biri olan şirkətlə Azərbaycanın əməkdaşlıq imkanları müzakirə olunub.


Create Account



Log In Your Account