Jul 07 2020 18:25
Views: 285

Bizim mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz. Çünki bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır.Prezident İlham Əliyev bir neçə televiziya kanalına müsahibəsində belə deyib. Bildirib ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir. Dövlət başçısı ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistanın təxribatlarına səssiz qalmasını tənqid edib.


Create Account



Log In Your Account