Dec 24 2018 18:48
Views: 359

Xalqa xidmət etmək, hər bir azərbaycanlının prezidenti olmaq onun həyat fəlsəfəsidir. İlham Əliyevin siyasətinin təməlində həmişə insan dayanıb. Bu fikirlər “İlham Əliyev – On beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” adlı kitab və filmin təqdimatında səsləndi. Mərasimin əvvəlində İlham Əliyevin 15 illik prezidentliyi dövründə Azərbaycanda əldə olunan uğurlara həsr olunmuş film nümayiş etdirildi. Filmdə son 15 ildə daxili və xarici siyasətdə, sosial və iqtisadi sahələrdə əldə olunan nailiyyətlərdən bəhs olunur. Bu uğurlara eyni adlı kitabda da nəzər salınıb.  
Baş nazirin müavini Əli Əhmədov prezident İlham Əliyevi ad günü münasibətilə təbrik etdi.  Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da dövlət başçısına möhkəm iradəsi ilə Azərbaycanı gələcəyə aparması yolunda müvəffəqiyyət arzuladı. Filmin və kitabın müəlliflərindən biri olan Əli Həsənov bildirdi ki, bu əsərlərdə 15 ildə Azərbaycanın qazandıqları sadəcə faktlarla nümayiş etdirilib.
Prezident İlham Əliyevin siyasətinin təməlində insan, vətəndaşların rahatlığı, sosial rifahı dayanır. İndiyədək baş verən heç bir hadisə dövlət başçısını onun qətiyyətli kursundan, məqsədindən və prinsipiallığından çəkindirməyib. Qeyd olundu ki,  məhz bu sistemli yanaşma, qlobal düşüncə Azərbaycanın uğurlu gələcəyinin açarıdır. 10 illər, 100 illərlə gələcəyinə inkişafını təmin edəcək. Nə qədər İlham Əliyev Azərbaycana rəhbərlik edəcəksə, ölkə yalnız inkişaf və uğur yolunda olacaq.


Create Account



Log In Your Account