Oct 22 2019 14:15
Views: 451

Hesab edirəm ki, pensiya yaşına çatmış, 70 yaşını keçən iqtidarda təmsil olunanlar da sizin nümunənizi təkrar edəcəklər.  Prezident Ilham Əliyev istefa ərizəsi ilə müraciət edən baş nazirin müavini Hacıbala Abutalıbovla görüşdə belə deyib. Hacıbala Abutalıbovun həm milli lider Heydər Əliyevin hakimiyyəti dövründə, həm də daha sonra xidmətlərini yüksək qiymətləndirən prezident İlham Əliyev dəyişikliklərə ehtiyac olduğunu bildirib.

Dövlət başçısı istefa ərizəsi ilə mürcaiət edən baş nazirin digər müavini Əli Həsənovun da fəaliyyətini yüksək qiymətləndirib. Onun hələ Sovet dövründə milli lider Heydər Əliyevin qərarı ilə yüksək vəzifələrə təyin olunduğunu qeyd edən dövlət başçısı uzun illər səmərəli fəaliyyətinə görə Əli Həsənova təşəkkür edib.

Prezident qeyd edib ki, Yeni Azərbaycan Partiyasının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində əlavə addımlar barədə tapşırıqlar verib. Xatırladaq ki, dövlət başçısı Hacıbala Abutalıbov və Əli Həsənovun baş nazirin müavini vəzifəsindən azad edilmələri haqqında sərəncam imzalayıb.


Create Account



Log In Your Account