Apr 26 2019 18:28
Views: 524

Rusiya bundan sonra da Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin həlli istiqamətində səylərini əsirgəməyəcək. Bunu Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Rusiya Prezidenti Vladimir Putin deyib.  Azərbaycan Prezidenti İlham Əliyev həmsədr ölkə qismində Rusiyanın bu münaqişənin həllində səylərini yüksək qiymətləndirib. Görüşdə siyasi, iqtisadi, energetika, infrastruktur, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunub. Hökumətlərarası komissiyanın uğurla fəaliyyət göstərdiyi bildirilib və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

Prezident İlham Əliyev mütəmadi olaraq keçirilən görüşlərin iki ölkə arasında münasibətlərin inkişafına ciddi təkan verdiyini bildirib. Qeyd edib ki, hər iki ölkə münasibətlərin inkişafından məmnundur. Tərəflər arasında fəal siyasi dialoq aparılır, iqtisadi münasibətlər də inkişaf edir.

Rusiya prezidenti ölkələr arasında ticarət dövriyyəsinin ötən il 14 faiz artdığını və 2,5 milyard dollara çatdığını bildirib. Beynəlxalq gündəlikdə də ortaq məsələlərin olduğunu deyən Vladimir Putin avqustda Rusiyada növbəti Rusiya-Azərbaycan-İran sammitinin keçiriləcəyini qeyd edib.


Create Account



Log In Your Account