Dec 09 2019 20:19
Views: 144

Bu il bütün istiqamətlər üzrə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı üçün çox uğurlu olub. Bunu prezident İlham ƏLiyev Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinlə görüşdə deyib. Bildirib ki, bu il yüksək səviyyədə, prezidentlər arasında çox mühüm görüşlər olub. Beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlərdən əlavə, prezidentlər arasında iki görüş olub. Dövlət başçısı deyib ki, prezidentlər “yol xəritələri”nin implementasiyası üzrə işi fəallaşdırmaq barədə tapşırıq veriblər. Bu proses çox uğurla gedir.Prezident İlham Əliyev birinci vitse-prezident Mehriban Əliyevanın Moskvaya səfəri çərçivəsində də “yol xəritələri” siyahısının genişləndirilməsinin razılaşdırıldığını qeyd edib. Bildirib ki, bu siyahıya yeni istiqamətlərin əlavə edilməsi, əməkdaşlığımızın məntiqi davamıdır.


Create Account



Log In Your Account