May 21 2019 18:09
Views: 206

Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub. Dövlət başçısı əvvəlcə Sabunçu qəsəbəsində sakinlərlə görüşüb söhbət edib. Sakinlər qəsəbənin abadlaşdırılmasına görə təşəkkür ediblər. dövlət başçısı bildrib ki, hər bir qəsəbənin problemləri diqqət mərkəzindədir.

Prezident İlham ƏLiyev qəsəbə sakinlərini narahat edən məsələlərlə maraqlanıb. Bildirib ki, insanların daha yaxşı yaşaması üçün addımlar atılır. Pensiyaların, əməkhaqlarının, müavinətlərin artırılması gündəlikdə duran məsələlərdən biridir.Dövlət başçısı yaxınlıqdakı mağazaya gedib, alıcılar və satıcılar ilə söhbət edib.

Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalının açılışını edib. Dövlət başçısı Sabunçu dəmir yolu vağzalında yaradılan şəraitlə tanış olub. Binanın birinci mərtəbəsində gözləmə zalı, bilet satışı kassaları, məlumat bürosu, server otağı, əşyaların saxlanması kamerası yerləşir. Hər üç mərtəbədə ticarət mərkəzlərinin yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır. Layihə çərçivəsində Sabunçu vağzalında iki yeni platforma salınıb, işıqlandırma dirəkləri və müasir sərnişin dayanacaqları quraşdırılıb.Sonra Prezident İlham Əliyev Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olmaq üçün qatarla Bakı Dəmir Yolu Vağzalına yola düşüb.

Qeyd edilib ki, bu marşrut üzrə dəmir yolu xəttinin uzunluğu bir istiqamət üzrə 13,5 kilometrdir. Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzərindəki Bakıxanov, Koroğlu, Keşlə və Nərimanov dayanacaqları tamamilə yenidən qurulub.Dövlət başçısı görülən işlərlə tanış olmaq üçün Bakıxanov dayanacağına gəlib.Daha sonra sonra Prezident Keşlə dayanacağında yaradılan şəraitlə tanış olub. Prezident İlham Əliyevin görülən işlərlə tanışlığı Bakı Dəmir Yolu Vağzalında başa çatıb.


Create Account



Log In Your Account