Nov 22 2019 17:25
Views: 66

Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi – Prezident İlham Əliyev Sumqayıtın 70 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı belə deyib. Hadisələrin tarixçəsinə nəzər salan dövlət başçısı bildirib ki, bunun kökləri daha əvvələ gedib çıxır. 1987-ci ildə Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra Azərbaycan hədəf seçilib.

Bu planın əsas məqsədi isə Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılması idi. Çünki yalnız bundan sonra erməni millətçilərinin öz məkrli niyyətlərini gerçəkləşdirmək üçün imkan yarana bilərdi.

Prezident bəyan edib ki, Sumqayıt hadisələrini ermənilərin törətdiyini açıq şəkildə demək lazımdır. Erməni millətçilərinin illərdir  Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəkləri tamamilə əsassız və cəfəngdir.

Prezident İlham Əliyev qeyd edib ki, Sumqayıt hadisələrindən istifadə edib Azərbaycana qarşı qarayaxma kampaniyası daha geniş vüsət alıb və nəticə etibarilə Dağlıq Qarabağda münaqişə baş verib. Dövlət başçısının sözlərinə görə, əgər, Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi baş verməzdi.


Create Account



Log In Your Account