Oct 24 2019 14:26
Views: 317

Bu il Vergilər Nazirliyi plandan əlavə təqribən 350 milyon manatdan çox vəsait toplayıb və əlbəttə ki, bu, şəffaflığın təzahürüdür.  Prezident İlham Əliyev yeni təyin olunan iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdə belə deyib. Mikayıl Cabbarovun vergilər naziri vəzifəsində fəaliyyətini yüksək qiymətləndirən dövlət başçısı bildirib ki, məhz Vergilər Nazirliyindən daxil olan əlavə vəsait bu il çox geniş və ciddi sosial paket icra etmək imkanı verib. Ölkənin iqtisadi müstəqilliyinin önəmini qeyd edən prezident İlham Əliyev bildirib ki, indi Azərbaycanda əsas məqsəd qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın dayanıqlı olmasıdır.

Dövlət başçısı qeyd edib ki, yeni iqtisadi model məlumdur və bütün islahatlar buna xidmət edir. “Kadr islahatları labüddür – deyən prezident qeyd edib ki, XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Prezident İlham Əliyev islahatların yaxşı nəticə verdiyini, bu ilin 9 ayında  100 mindən çox əmək müqaviləsinin qeydiyyata alındığını xatırladıb.

Prezident kölgə iqtisadiyyatı ilə mübarizə barədə tapşırıqlar verib. Bildirib ki, bu sahə çox ciddi diqqət tələb edir, çox ciddi addımlar atılmalıdır. Dövlət başçısı sahibkarlara süni əngəllər yaradan, onlardan qanunsuz ödəniş tələb edən məmurlara da ciddi xəbərdarlıq edib.

Prezident İlham Əliyev haqsız rəqabətlə mübarizənin önəmini qeyd edib. Öz biznes maraqları naminə iş adamlarına maneələr yaradan dövlət məmurlarına qarşı addımlar atılacağını deyib.


Create Account



Log In Your Account