Jan 24 2019 18:57
Views: 444

Kənd Təsərrüfatı Nazirliyinin Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu əsaslı şəkildə yenidən qurulub və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksi yaradılıb. Prezident İlham Əliyev açılışda iştirak edib. Ərazidə inzibati-laboratoriya binası, yeməkxana, toxum saxlanma anbarı, toxum emalı məntəqəsi, toxum təmizləmə sexi, istixanalar kompleksi, toxum satış mərkəzi yaradılıb. Burada ümumilikdə, 16 hektar sahədə tikinti, abadlıq və yaşıllaşdırma işləri görülüb. 
İnstitutun laboratoriyalarında ən müasir cihaz və avadanlıqlar quraşdırılıb. Bu avadanlıqlar torpaq, su, pestisid, virus, azot-protein, nişasta və bir sıra digər analizlərin həyata keçirilməsinə imkan verir. Burada, həmçinin virussuz kartof toxumçuluğunun müasir səviyyədə təşkili üçün biotexnologiya laboratoriyası da qurulub.
Qeyd edək ki, bu institut Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1965-ci ildə yaradılıb.  “Toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında” Prezidentin 2016-cı ildə imzaladığı Sərəncamın icrası ilə əlaqədar olaraq bu toxumçuluq kompleksi inşa olunub.Dövlət başçısına Elektron kənd təsərrüfatı layihəsi barədə məlumat verilib.Qeyd olunub ki, bu layihənin məqsədi kənd təsərrüfatı fəaliyyətlərinin elektronlaşdırılması, məlumatların elektron qaydada tərtib edilərək araşdırılmasıdır.
Kompleksə daxil olan toxum emalı məntəqələrində respublikada ilk dəfə tərəvəz toxumlarının müasir avadanlıqlarla emal olunması və paketlənməsi nəzərdə tutulub.İnstitutun ərazisində 30 hektar açıq sahədə, 6,14 hektarda isə istixana şəraitində tərəvəz və kartof bitkilərinin toxumçuluq sisteminin təşkili məqsədilə kompleks inşa olunub.
Prezident İlham Əliyevə Aqrar İnkişaf Könüllüləri layihəsinin məqsədi barədə də məlumat verilib. bu layihənin həyata keçirilməsində məqsəd aqrar sektorun inkişafına ictimai dəstək göstərmək, aqrar sahədə könüllü cəmiyyəti formalaşdırmaqdır.


Create Account



Log In Your Account