Apr 11 2019 17:16
Views: 236

Prezident İlham Əliyevin  rəhbərliyi altında  Azərbaycan  istər sosial –iqtisadi, istəsə də mədəni və siyasi sahədə  böyük uğurlara imza atıb. Paytaxtın və regionların inkişafı  nəticəsində  Azərbaycan turizim ölkəsinə çevrilib. Böyük investisiyaların cəlbi  Azərbaycanı  ticari və iqtisadi sahədə ən inkişaf etmiş ölkəyə cevrib.

İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan Cənubi Qafqazın  qeosiyasi  və qeoiqtisadi prosseslərində yaxından iştirak edərək   Avropanın enerji təhlükəsizliyində öz rolunu artırmağa nail olub.  Bununla yanaşı Azərbaycan qeyri-neft sektorunun inkişafına da xüsusi önəm verib. Prezident İlham Əliyev  əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində də  mühüm işlər görür.

Son aparılan içtimai sorğu nəticəsində ölkə  əhalisinin 80 faizdən çoxu  ölkədəki stabilliyi və davamlılığı İlham Əliyevin  fəaliyyətinin nəticəsi kimi qiymətləndirir.

Bu gün Azərbaycanın əsas problemi Ermənistan-Azərbaycan,dağlıq Qarabağ münaqişəsidir. Bu məsələdə də azərbaycan xalqı prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyir. Son zamanlar dövlət başcısının  həyata keçirdiyi islahatlar da  xalq tərəfindən çox müsbət qarşılanır .

Ötən ilin 11 aprelində  keçirilən prezident seçkilərində  İlham Əliyev  seçicilərin 86.2 faizinin  səsini qazanaraq yenidən  Azərbaycan Respublikasının Prezidenti seçilib. Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunun nəticələrinə görə “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib.


Create Account



Log In Your Account