Jul 10 2020 18:15
Views: 513

Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunmuş video-konfrans formatında xüsusi sessiyası bu gün işə başlayacaq. Bu barədə xarici işlər nazirliyindən məlumat veriblər. Nazirliyin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, toplantı videkonfrans formatında baş tutacaq.

Leyla Abdullayeva deyib ki, hazırda Baş Assambleyanın rəsmi iclaslarının virtual formatda keçirilməsi üçün razılaşdırılmış format və modallıqlar mövcud deyil və əvvəlki xüsusi sessiyalarda olduğu kimi, hazırkı sessiyanın da modallıqları üzv dövlətlər arasında razılaşdırılacaq.

Rəsmi Bakı Azərbaycanın təşəbbüsünü dəstəkləyən hər bir ölkəyə  təşəkkür edib. xatırladaq ki, prezident İlham Əliyev mayın 4-də Qoşulmama Hərəkatının təmas qrupu formatında keçirilən onlayn sammitində BMT Baş Assambleyasının koronavirusla bağlı xüsusi sessiyasının keçirilməsini təklif edib. bu təşəbbüsü 130-a yaxın ölkə dəstəkləyib.


Create Account



Log In Your Account