May 31 2018 18:37
Views: 391

“Biz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik”. Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləilə görüşdə belə deyib. Dövlət başçısı BMT-dəki əməkdaşlığı xüsusi qeyd edib. Bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq da çox uğurludur.
Dövlət başçısı qeyd edib ki, münaqişənin tezliklə həlli bölgəyə sabitlik, sülh gətirəcək. Bunun üçünsə ilk növbədə, Ermənistan öz işğalçı qüvvələrini işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarmalıdır və dünyanın ən ali qurumu olan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməlidir. Prezident İlham Əliyev Azərbaycanın da öz növbəsində beynəlxalq təşkilatlarda bütün müsəlman ölkələrinin maraqlarını dəstəkləyən qərar və qətnamələrə dəstək verdiyini, onların bir çoxunun təşəbbüskarı olduğunu qeyd edib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan İslam mədəniyyətinin dünyada təqdim edilməsində mühüm rol oynayır. Bu siyasət bundan sonra da davam etdirəcək.


Create Account



Log In Your Account