May 16 2019 18:23
Views: 186

Prezident İlham Əliyev Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycanla Çexiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edib. İlham Əliyev  iqtisadi əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu bildirərək ticarət, investisiya sahələrində əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirib. Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçek bildirib ki, Azərbaycana səfərinin əsas məqsədi ölkələrimiz arasında mövcud olan çox yaxşı münasibətlərin daha da inkişaf etdirilməsi işinə töhfə verməkdir. Radek Vondraçek Azərbaycanda müxtəlif sahələrdə aparılan köklü islahatların təqdir edildiyini, Çexiya investorlarının Azərbaycana böyük maraq göstərdiklərini diqqətə çatdırıb.


Create Account



Log In Your Account