Oct 24 2019 18:36
Views: 450

Prezident İlham Əliyevin son çıxışları zamanı məmurlara etdiyi xəbərdarlıqlar dövlət başçısının həyata keçirdiyi yeni islahatların fəlsəfəsinin nəyə söykəndiyini və əsl hədəfləri göstərmiş oldu. Bunu millət vəkili Hikmət Babaoğlu CBC-nin Xəbərlər buraxılışında müsahibəsi zamanı bildirib. 
“Dövlət başçısı bu fikirləri ilə açıqladı ki, biznesə müdaxilə yolverilməzdir. İkincisi, prezident dedi ki, Azərbaycanda postneft dövrü başlamalıdır. Ona görə yox ki, ehtiyatlar tükənmək üzrədir. Sadəcə, şərti olaraq elə etməliyik ki, sanki iqtisadiyyatımızda neft faktoru yoxdur. Bu, yeni iqtisadi fəlsəfənin təyinedici komponentlərindən biridir”. 
H.Babaoğlu xatırlatdı ki, dövlət başçısı bəzi halda ayrı-ayrı biznes strukturlarının məmurlar tərəfindən himayə edilməsi məsələsini də qaldırdı və bunun yolverilməz olduğunu vurğuladı. Çünki ölkədə iqtisadi müstəqillik olmadan siyasi müstəqilliyə nail olmaq mümkün deyil. 

 


Create Account



Log In Your Account