Sep 10 2019 18:33
Views: 282

Qorxmaz Səfərov II qrup üzrə keçirilən qəbul imtahanlarda topladığı yüksək bala görə prezident təqaüdünə layiq görülən 102 abituriyentdən biridir. Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakültəsində ingilis dilində təhsil alacaq Qorxmazın dəqiq elmlərə marağı uşaqlıqdan yaranıb. II qrup üzrə keçirilən qəbul imtahanlarında maksimal balı toplayan gənc orta ümumtəhsil məktəbini fərqlənmə atestatı ilə bitirib. Uğurlu nəticəsinə görə isə ilk növbədə müəllimlərinə və valideynlərinə minnətdar olan abituriyent prezident təqaüdü alacağı xəbərini çoxdan gözləyirmiş.
Buraxılış imtahanlarında 275 bal toplayan gənc təməl biliklərini Kəlbəcər rayon 56 saylı tam orta məktəbdə əldə edib. Bir il ərzində getdiyi hazırlıqlarda isə biliklərini daha da möhkəmləndirib. Qəbul imtahanlarının hər iki mərhələsində iştirak edən Qorxmaz istədiyi ixtisasa daxil olub. Deyir ki, qazandığı nəticələrin arxasında bəzi vərdişlər də dayanır.
Boş zamanlarında futbol oynayan Qorxmaz deyir ki, beynin dilcəlməsi dərslərə daha yaxşı hazırlaşmaq üçün təsirli motivasiyadır. Qormaz Təhsilini magistr səviyyəsində xarici universitetklərin birində davam etdirməyi hədəfləyir.


Create Account



Log In Your Account