May 03 2018 16:17
Views: 615

Türkiyədə iyunun 24-də prezident seçkiləri ilə eyni vaxtda keçiriləcək  parlament seçkilərinə namizədlərin qeydə alınması zamanı maraqlı fakt ortaya çıxıb. Hakim Ədalət və İnkişaf Partiyasının Samsun şəhər təşkilatından Rəcəb Tayyib Ərdoğan adlı gənc millət vəkili olmaq üçün namizədliyini irəli sürüb. Türkiyədə konstitusiyaya edilən dəyişikliyə görə, artıq 25 yaş limiti ləğv edilib və 18 yaşı tamam olan hər kəs deputat seçilə bilər. Dövlət başçısının adaşı olan gəncin isə 20 yaşı var. Prezidentlə eyni ad və soyada malik olmasının maraqla qarşılandığını deyən deputatlığa namizəd atasının Rəcəb Tayyib Ərdoğana rəğbət bəslədiyini, buna görə bu adı ona verdiyini deyib.


Create Account



Log In Your Account