Mar 13 2019 13:50
Views: 292

Yaxın günlərdə Maliyyə Bazarlarına Nəzarət Palatası problemli kreditlərin həllinə dair hazırladığı mexanizmləri ictimaiyyətə təqdim edəcək. Mexanizmlə paralel olaraq, siyahılar da hazırlanır. Artıq banklar kredit portfelinə və fərmanın tələblərinə uyğun olaraq siyahıları hazırlayaraq palataya göndərib.

Elman Sadıqov bildirib ki, banklar təxminən 900 milyon manata yaxın faiz siləcəklər. Bu, yaxın 2-3 il ərzində bankların zərəri ola bilərdi, lakin bütün banklar fərmandan bəhrələndikləri üçün onların hər birində sərbəst vəsait olacaq və bu da rəqabətə gətirib çıxaracaq. Bank nümayəndəsi onu da qeyd edib ki, bundan sonra istehlak kreditləşməsində əvvəlki artım tempi olmayacaq. Bu da məsuliyyətli kreditləşmə yanaşması ilə bağlıdır.

Elman Sadıqovun sözlərinə görə, banklarda rəqabət artdığından, kreditlərlə bağlı faiz dərəcələri indikinə nisbətən aşağı düşəcək. Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının İdarə Heyətinin sədri Əli Bayramov bildirib ki, prezident İlham Əliyevin problemli kreditlərin həllinə dair fərmanı bank bazarının inkişafına təkan verəcək.

Əli Bayramovun sözlərinə görə, bəzi banklarda indiyə kimi risk menecmenti tətbiq olunmur. O qeyd edib ki, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası olaraq banklara və ümumilikdə iqtisadiyyatın istənilən sahəsində risk menecmentinin tətbiqinə dəstək verməyə hazırdır.


Create Account



Log In Your Account