Jul 01 2020 15:30
Views: 255

Azərbaycanın qlobal səviyyədə koronavirusla mübarizədə ən vacib tədbirlərindən biri Prezident İlham Əliyev tərəfindən BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsüdür. Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, prezidentin köməkçisi Hikmət Hacıyev belə deyib. Bildirib ki, bu təşəbbüsü 130-dan çox ölkənin dəstəkləməsi Azərbaycana göstərilən etimadı sübut edir.

Hikmət Hacıyev vurğulayıb ki, BMT prosedurlarına uyğun olaraq, qarşıdakı 15 gün ərzində BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təmin edilməlidir. Amma bütün məsələlərdə olduğu kimi burada da Ermənistan öz təxribatçı mövqeyini nümayiş etdirib. Bütün dünyanın həmrəylik nümayiş etdirdiyini bir zamanda Azərbaycanın təşəbbüsünə qarşı çıxıb. Bu, bir daha Ermənistanın əsl mahiyyətini ortaya qoymuş olub. Hikmət Hacıyev BMT-nin pandemiya zamanı qlobal atəşkəs çağırışına da münasibət bildirib.

Hikmət Hacıyev deyib ki, xüsusilə pandemiya şəraitində beynəlxalq səviyyədə sülh və təhlükəsizlik problemləri aktual şəkildə özünü göstərir.


Create Account



Log In Your Account