Jun 20 2019 16:04
Views: 228

Prezident İlham Əliyevin əməkhaqqıların artımı ilə bağlı imzaladığı sərəncamlar 4 kateqoriyadan olan insanları əhatə edir.  Bunu CBC-yə müsahibəsində Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. bildirib ki, dövlət başçısının bu qərarları sözügedən kateqoriyadan olan əhalinin sosial vəziyyətini yaxşılaşdırmağa xidmət edir.

Ümumilikdə sərəncamlar 2 milyona yaxın insanın rifah halının yaxşılaşmasına təsir edəcək. Hadı Rəcəbli bildirib ki, büdcədən bu artımların maliyyələşdirilməsi məqsədilə 1.2 milyard manat ayrılması nəzərdə tutulur. parlament bütün sərəncamlarla bağlı yekun müzakirəni iyunun 28-nə təyin edib.

Dövlət başçısının sərəncamına əsasən minimum əmək haqqının 250 manata çatdırılmasından sonra Azərbaycan minimum əmək haqqının alıcılıq qabiliyyətinə görə MDB-də ikinci olacaq. rusiyalı ekspert Nikita Kriçevski bildirir ki, hər bir dövlətdə sosial istiqamət prioritet olmalıdır. Azərbaycan buna ən yaxşı nümunədir.

Xatırladaq ki, bundan əvbəl 2019 cu ilin əvvəlində Prezident İlham Əliyevin müvafiq sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları  3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsinə səbəb olub və bu məqsədlər üçün 1.5 milyard manat ayrılmışdı.


Create Account



Log In Your Account