Oct 09 2019 18:52
Views: 264

Valday Forumunda Ermənistana elə zərbə vuruldu ki, o zərbədən çətin ki, ayılsınlar. Prezident İlham Əliyev məcburi köçkünlərlə görüşdə belə deyib. Bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəmiyyətdə vahid yanaşma var. “Bizim haqq işimizi mən bütün kürsülərdə arqumentlərlə, tarixi faktlarla, reallıqlarla, beynəlxalq hüquq əsasında müdafiə edirəm və bu arqumentlərə qarşı hər hansı bir irad tutmaq qeyri-mümkündür”- dövlət başçısı qeyd edib.
Dövlət başçısı bildirib ki, əvvəllər - münaqişə ilə bağlı məlumat olmayan dövrdə, ermənilər bütün yalanları yayırdılar. Amma artıq vəziyyət dəyişib.
Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət qayğısının olduğunu deyən prezident İlham Əliyev qeyd edib ki, ancaq  əsas məsələ işğal altında olan torpaqlar azad ediləndən sonra orada yeni binaların, kəndlərin, şəhərlərin salınmasıdır.
Prezident bəyan edib ki, ərazi bütövlüyümüzlə bağlı heç bir kompromisdən söhbət gedə bilməz. Bu, danışıqlar mövzusu deyil və olmayacaq. Dövlət başçısı qeyd edib ki, daha da güclü olmalıyıq və güclənirik. Həm iqtisadi gücümüz artır, eyni zamanda, vətəndaşlarımızın əyilməz iradəsi, öz yurdundan didərgin salınan soydaşlarımızın əzmi torpaqlarımızın azad olunacağı günü yaxınlaşdırır.


Create Account



Log In Your Account