Mar 28 2019 14:22
Views: 1458

Prezidentin problemli kreditlərin həllinə dair fərmanından yararlanacaq fiziki şəxslər pk.fimsa.az internet səhifəsinə daxil olaraq hesablanmış kompensasiya məbləği və restrukturizasiya edilməsi təklif olunan kreditləri barədə detallı məlumat əldə edə bilərlər. Bunun üçün sadəcə sistemə girərək müvafiq məlumatları daxil etmək kifayətdir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi Orxan İsmayılov vətəndaşlara daha aydın şəkildə izah edilməsi üçün bir neçə misal gətirib.

Təqdimatda qeyd olunub ki, Prezident fərmanının əhatə dairəsinə düşən bütün vətəndaşlara SMS göndəriləcək. Bağlanan banklar, bank olmayan kredit təşkilatı və yaxud ləğv olunmaqda olan banklarda krediti olan vətəndaşlara SMS Azərpoçt-dan göndəriləcək və onların kredit borcu üzrə kompensasiyaları azərpoçt vasitəsi ilə ödəniləcək. Məhdud sayda vətəndaşlara “dəqiqləşdirmə mərhələsindədir” mesajı gələ bilər. Bu o deməkdir ki, məlumatlar dəqiqləşənə qədər vətəndaşlar gözləməlidir.

Qeyd olunub ki, aprel ayının sonuna kimi kompensasiyaların ödənilməsinə başlanılacaq. Ümumilikdə, 600 min fiziki şəxsə kompensasiya ödənilmısi nəzərdə tutuklub, 400 min vətəndaş isə restrukturizasiya tətbiq olunacaq.


Create Account



Log In Your Account