Feb 28 2019 18:00
Views: 316

Prezidentin imzaladığı fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər Fərmanının əsas məqsədi dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaqdır. Sənəd eyni zamanda problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi daşıyır.

Fərmana əsasən, devalvasiyalar baş verən tarixlərə fiziki şəxslərin banklara 10 min dollaradək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə güzəşt tətbiq olunacaq. Belə ki, birinci devalvasiyaya, yəni 2015-ci il fevralın 21-nə olan borcun hər dollarına 25 qəpik, ikinci devalvasiyaya olan dövrdə isə hər dollara 60 qəpik güzəşt təbiq olunacaq. Bu məbləğ dövlət büdcəsi hesabına ödəniləcək. Bundan başqa banklara dövlət dəstəyi veriləcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu fərmanın əhəmiyyəti barədə açıqlama verib.


Create Account



Log In Your Account