Jul 19 2019 14:40
Views: 161

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində Azərbaycan olduqca praqmatik və ardıcıl siyasət yürüdür. Bunu CBC telekanalına müsahibəsində Transatlantik münasibətlər və Azərbaycan üzrə amerikalı ekspert Piter Teys deyib. Onun sözlərinə görə, bu münaqişə təkcə regionda təhlükə mənbəyi və inkişafa maneə olan faktor deyil, eyni zamanda Avropanın, Mərkəzi Asiyanın və Yaxın Şərqin təhlükəsizliyinə ciddi təhdiddir. Politoloqun fikrincə, Xəzər regionu sürətlə inkişaf edir və iri nəqliyyat, ticarət, enerji mərkəzinə çevrilir. Bölgədəki sülhün və təhlükəsizliyin təmin olunması və işğalçı ölkələrin təcavüzkar siyasətinin qarşısının alınması Avropa və Mərkəzi Asiya ölkələrinin xarici siyasətinin əsasını təşkil etməlidir.

 


Create Account



Log In Your Account