Mar 27 2019 18:27
Views: 286

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Yaradıcılıq Fondu və Azərbaycan Bəhailəri Dini Mərkəzinin təşkilatçılığı iləkeçirilən “Qadın gülərsə…” yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, bu gün Azərbaycan qadını cəmiyyətdə layiqli yer tutub, bu baxımdan belə müsabiqələrin keçirilməsi təqdirəlayiqdir. Müsabiqəyə ümumilikdə 68 yazı təqdim olunub və martın 19-da mətnlərn ekspertlər qrupu tərəfindən qiymətləndirilməsi başa çatıb. Birinci, ikinci və üçüncü yerlərin qaliblərinə pul mükafatı təqdim olunub. “Güclü qadınların məğlubiyyəti…” yazısı 1-ci yerə, “Qadın gülərsə…” yazısı isə 2-ci yerə layiq görülüb.


Create Account



Log In Your Account