May 06 2019 15:00
Views: 675

Azərbaycanda fərdi sahibkarların təqribən 20%-ni qadınlar təşkil edir. Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Qadın Sosial Sahibkarlıq Forumunda çıxışı zamanı deyib.  Onun sözlərinə görə, Sahibkarlığın İnkişafı Fondu indiyədək 5 min 800-dən çox gənc sahibkara 464,2 mln. manat, 4 min 200-dən çox qadın sahibkara 109,1 mln. manat  güzəştli kredit verib. Niyazi Səfərov qeyd edib ki,  ölkədə ümumi daxili məhsulda özəl sektorun payının 84%-i keçib.  Ümumilikdə sahibkarlığın inkişafının prioritet olduğunu deyən nazir müavini sosial sahibkarlığın diqqət mərkəzində olduğunu buldirib.


Create Account



Log In Your Account