Jul 16 2019 18:35
Views: 393

“Sahibkarlığın inkişaf etdirilməsi baxımından iş qadınlarının təşkilatlanması mühüm əhəmiyyətə malikdir”. Bu fikirlər İş Qadınlarına Dəstək” İctimai Birliyinin yaradılması ilə bağlı tədbirdə səsləndirilib. Qeyd olunub ki, sahibkarların maariflənməsi, onlar araslında əlaqələrin qurulması, şəbəkələşməsi iqtisadiyyatın inkişafına xidmət edən amillərdən biridir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, Azərbaycanda dövlət qadın siyasəti uğurla həyata keçirilir. Qadınların iş qurmağı, sahibkar kimi fəaliyyət göstərmələri, gələcək perspektivlə bağlı düşüncələri bu siyasətin nəticəsidir. Qeyd olunub ki, birliyin məqsədi iş qadınlarına dəstək olmaqla yanaşı, sahibkarlıq və informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində maarifləndirilməsinə, təşkilatlanması və beynəlxalq əlaqələrinin qurulmasına kömək etməkdir.


Create Account



Log In Your Account