May 07 2019 18:47
Views: 222

Qadınların kənd təsərrüfatı sahəsində fəaliyyətinə dəstək məqsədilə Aqrar Fəaliyyətli Azərbaycan Qadınları layihəsi təqdim olunub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, kənd təsərrüfatının inkişafı qadınlar üçün yeni imkanlar yaradacaq.

Layihənin əsas məqsədi qadınların istehsal etdiyi məhsulların bazara çıxışını asanlaşdırmaqdır.Eləcə də, kənd təsərrüfatının müxtəlif sahələrində öz biznesini qura biləcək qadın sahibkarların formalaşdırılması, onların marketinq sahəsində biliklərinin artırılmasıdır.

Proqram BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Azərbaycan hökuməti arasında imzalanmış Tərəfdaşlıq Proqramı çərçivəsində icra olunacaq. Təşkilatın Tərəfdaşlıq və əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bildirdi ki, bu gün qadın fermerlər kənd təsərrüfatındakı məşğulluğun təxminən 50%-ini təşkil edir. Ancaq qadın fermerlərin informasiya resurslarına əlçatanlıqları kişilərlə müqayisədə azdır.

Layihə çərçivəsində qadın fermerlərə biznesin planlaşdırılması məqsədilə təlimlər keciriləcək. Həmçinin onlar üçün kiçik istehsal müəssisələri və istixanalar yaradılacaq.


Create Account



Log In Your Account