Oct 26 2019 16:37
Views: 324

Qaregin Nijdenin 1918-1920-ci illərdə Zəngəzurda törətdiyi cinayətlər erməni mənbələrində belə sübut olunub. Bunu Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Erciyez Universitetinin müəllimi, professor Qafar Çaxmaqlı CBC-yə müsahibəsində deyib. Onun sözlərinə görə, dindirilmə protokollarında öz əksini tapan məlumatlar Qaregin Nijdenin cinayətkar, insan cəlladı olduğuna dair  danılmaz faktlardır.

Ermənişünas alim hesab edir ki, Ermənistanda Qaregin Nijdeyə heykəl qoyulması, onun adına küçələr verilməsi bir tərəfdən erməni xalqının gerçək qəhrəmanlarının olmadığının sübutu olduğu qədər həm də təhlükəli tendensiyadır. Ermənistanda faşizm ideologiyası təbliğ edən Nijdenin qəhrəmanlaşdırılması cəhdlərinin qarşısı zamanında alınmalıdır.  Buna nail olmaq üçün Njde haqqında həqiqətləri bütün dünyaya yaymaq lazımdır.

Ermənistanda 20 il hakimiyyətdə olmuş Respublikaçılar Partiyasının ideologiyası Qaregin Nijdenin baxışlarına əsaslanır. Onun   irəli sürdüyü ideologiyada ”ermənilərin ali irq” olması iddia olunur. Ermənistanda bu ideologiyanın indi də davamçıları var.  


Create Account



Log In Your Account