May 24 2019 16:46
Views: 746

“Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi bölgədəki vəziyyətə də öz təsirini göstərib”. Bu fikir Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə keçirilən Qafqazşünasların II Beynəlxalq Forumunda səsləndirilib. Qeyd edilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bölgədə sülhün təmin edilməsi üçün başlıca şərtdir.

Forumda Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Belarus və digər ölkələrdən 200-dən çox alim,tədqiqatçı iştirak edir. Onlar hesab edirlər ki, Qafqaz bölgəsində münaqişələrə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə son qoyulmaldır.

Forum öz işini bu gün də davam etdirir.


Create Account



Log In Your Account