May 23 2019 18:22
Views: 292

Qafqaz - bəşəriyyətin, insanlığın mövcud olduğu tarixdən etibarən mədəniyyətin beşiyi olan məkanlardan biridir. Qafqaz regionu siyasətin, hərbi güclərin çarpışdığı strateji bir məkandır. Bu ərazi XXI əsrdə də strateji önəmini qoruyub saxlayır. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə keçirilən Qafqazşünasların II Beynəlxalq Forumunda fikirlər səsləndirilib. Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Belarus və digər ölkələrdən 200-dən çox  tədqiqatçı müasir münaqişələrin həllində tarixçilərin rolunu vurğulayıblar.  

Forum iştirakçıların bildiriblər ik, tarixçilər hökumətlərə bunu izah etməlidir ki, münaqişələrin hərbi yolla həlli yaxşı nəyəsə gətirib çıxara bilməz.  Qeyd olunub ki, bu gün türk dünyasının dünya arenasında birlik və bərabərlik içində mövcud olmasının əsas şərti yetişdirilən insanların mübarizliyindən çox asılıdır.

Plenar iclasdan sonra forum öz işini 24 bölmədə davam etdirib. “Qafqaz regionunda ictimai-siyasi proseslər”, “Qafqazda münaqişələr və terror”, “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü”, “Qafqaz ölkələrinin qarşılıqlı münasibətləri, xarici siyasəti və böyük dövlətlərin region siyasəti”, “Qafqazda geosiyasi şərait” və digər mövzularda müzakirələr aparılıb. İki gün davam edəcək forumda ümumilikdə  200-ə yaxın məruzə səsləndiriləcək.


Create Account



Log In Your Account