Feb 25 2019 13:59
Views: 330

İradə Cəfərova Xocalı soyqırımının canlı şahidlərindəndir. Xocalıda doğulub, uşaqlığı, gəncliyi orada keçib. Doğma şəhərində ali təhsil alıb, ailə qurub. Müsahibim 1992-ci il, fevralın 25-dən 26-na keçən gecəni dəhşət içində xatırlayır. Deyir ki, o gecə xocalıların həm soyqırımı, həm də qəhrəmanlıq gecəsi oldu.

Həmin hadisələrin agrı-acısını yaşayan həmsöhbətim deyir ki, nə qədər qaçıb canlarını qurtarmağa çalışsalar da, mümkün olmayıb. Ermənilər hər tərəfdən onları güllə-barana tutublar. Köməksiz vəziyyətdə qalan insanlar Qarqar çayı istiqamətinə qaçmağa başlayıblar.

Düşmən gülləsinə tuş gələn silahsız xocalı sakinləri həmin gün doğmalarını, yaxınlarını itiriblər. Sağ qalmağın yeganə yolu amansız düşmənə əsir düşmək olub.

Xocali sakini Fiqurə Rüstəmova da həmin gecənin canlı şahidlərindəndir. Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun bacısıdır. Deyir ki, ermənilərin o gecə törətdikləri vəhşiliklər heç zaman onun yaddaşından silinməyəcək.

27 il bundan öncə bu gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Dağlıq Qarabağın ikinci böyük yaşayış məntəqəsi olan Xocalı şəhərini dağıdıb. Bir gecədə 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.


Create Account



Log In Your Account